100 Qadın: "Biz gələcəyin qızlarına keçmişin kitabları ilə təhsil verə bilmərik"

  • Valeria Perasso
  • Sosial məsələlər üzrə müxbir, BBC Dünya Xidməti
Güclü oğlanlar, göyçək qızlar, bir Tanzaniya dərsliyi

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Güclü oğlanlar, göyçək qızlar, bir Tanzaniya dərsliyində göstərilir

Tanzaniyada şagirdlər üçün olan dərslikdə oğlanlar güclü və cüssəli göstərildiyi halda, qızlar əyinlərində əlvan don və göyçək təsvir olunublar

Tədqiqatlar göstərir ki, dünyanın hər tərəfində əsas dərsliklərdə qadınlar, stereotip rollarda təsvir edilirlər.

Haitidəki orta məktəbdə şagirdlərə öyrədilir ki, atalar "ofisdə" işlədiyi halda, analar evdə "uşaqların qayğısına qalır və yemək hazırlayırlar".

Pakistanda bir şəkilli kitabda bütün siyasətçilər, güclü insanlar və nüfuzlu şəxsiyyətlər kimi kişilər göstərilib.

Türkiyədə bir cizgi filmində oğlan uşağı həkim olmaq xəyalı ilə yaşayır.

Qız uşağı isə özünü ağ gəlinlikdə təsəvvür edir.

Siyahını davam etdirmək olar - və bu siyahının heç bir coğrafi sərhədi yoxdur.

Gender ayrımına bütün orta məktəb dərsliklərində rast gəlmək mümkündür və mütəxəssislər deyir ki, bu, bütün qitələr üçün keçərlidir. "Adi gözlə görülməyən" bir problemdir, bu.

Kişi pul qazanır, qadın isə uşaqlara baxır - rol stereotiplərini göstərir

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Kişi pul qazanır, qadın isə uşaqlara baxır - rol stereotiplərini göstərir

"Hər cins üçün müəyyən rolla ört-basdır edilən kişi və qadın stereotipləri mövcuddur," sosioloq Rae Lesser Blumberg deyir.

Virginia Universitetində işləyən professor Blumberg artıq on ilə yaxındır ki, dünya üzrə dərslikləri tədqiq edir və deyir ki, qadınlar ya sistematik olaraq hadisələrdən kənarda qalır, ya da xidmət rollarında təsvir edilirlər.

"Gender ayrı-seçkiliyi təhsildə mühüm olmayan bir məsələ sayılır. Bu, milyonlarla uşağın təhsilsiz qalması kimi böyük məsələ şəklində qəbul olunmur," o deyir.

2000-ci ildən bəri təhsil alan uşaqların sayı kəskin şəkildə artsa da, Unesco-nun təxminlərinə əsasən, dünyada ayağını sinif otağı kandarından içəri salmayan 60 milyon uşaq var və onların 54%-i qızlardır.

"Bu kitablar gender tarazsızlığını qorumağa kömək edir," professor Blumberg deyir.

"Biz gələcəyin qızlarına keçmişin kitabları ilə təhsil verə bilmərik."

Bir Tunis dərsliyində qadınlar təmizləyən və aşbaz kimi göstərilir

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Bir Tunis dərsliyində qadınlar təmizləyən və aşbaz kimi göstərilir

Gözəgörünməz və ya stereotipləşdirilmiş

Keçən il BMT-nin təhsil şöbəsi Unesco təəccüblü bir xəbərdarlıq etmişdi.

Dərsliklərdəki cinsi münasibət o qədər çoxdur ki, bu qızların təhsilini davam etdirib-etdirmək məsələsinə təsirsiz ötüşmür və onların karyera və həyat gözləntilərini məhdudlaşdırır, - deyə Unesco bildirib. Bununla yanaşı, gender bərabərliyi yolunda "gizli maneə" rolunu oynayır.

İstər yazıdakı mövzu, xarakterlərin adları, müraciətlər, sitatlar olsun, istərsə də başqa meyarlar, "sorğular göstərib ki, qadınlar dərslik və tədris proqramlarında çox az təmsil olunurlar," Unesco-nun 2016-cı il Qlobal Təhsil Monitorinqinin (QTM) direktoru olmuş Albany Universitetindən Aaron Benavot məruzədə deyir.

Konqo DR-ə aid bir kitab

Şəklin mənbəyi, Unesco/Gem report

Şəklin alt yazısı, Konqo DR-ə aid bir kitab

Problem isə üç dəfə daha böyükdür, ekspertlər söyləyir.

Buna ən bariz nümunə gender əsaslı dillərdir. Belə dillərdə adətən kişi cinsinə mənsub sözlər bütün insanlıq mənasını verir.

Bundan başqa, görünməzlik problemi də var ki, qadınlar tez-tez mətnlərdə görünmürlər. Onların tarixdəki rolu nəzərə çarpmır və gündəlik həyatda kişi obrazı qabardılır.

"Heç yadımdan çıxaz: alimlər haqqında bir kitabda yeganə qadın alim kimi Marie Curie-nin adı çəkilmişdi," professor Blumberg deyir.

"Sizcə, onun adı radiumu kəşf etdiyinə görə çəkilmişdi? Yox. O, nəcib və yaraşıqlı kişi kimi təsvir edilən ərinin çiyni üzərindən boylanan yerdə təsvir edilmişdi."

Üçüncüsü, ənənəvi stereotiplərdir ki, evdə və evdən kənarda kişi və qadının gördüyü işi müəyyənləşdirir. Buraya sosial tələblər və hər cins üçün təyin olunmuş xüsusiyyətlər də daxildir.

Bir İtaliya dərsliyində bütün əsas vəzifələrdə kişilər göstərilib

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Bir İtaliya dərsliyində bütün əsas vəzifələrdə kişilər göstərilib

Bir İtaliya dərsliyində dörd müxtəlif ixtisası öyrədən lüğət var. Orada yanğınsöndürəndən tutmuş stomatoloqa qədər kişi üçün 10 fərqli seçim olduğu halda, qadınlar yemək bişirmək, paltar yumaq və uşaq və yaşlılara qulluq etmək kimi ev işləri görən təsvir olunublar.

"Bu, qadınları həm də passiv və itaətkar göstərərək, onları gender stereotipli rolla təmin etmiş olur," Şərqi Anglia Universitetinin mühazirəçisi və təhsil üzrə mütəxəssis Catherine Jere deyir.

qızlar

Şəklin mənbəyi, AFP

'Əgər bizə yadplanetli qonaq gəlsə...'

Problem əslində heç də yeni deyil. Dərsliklər 1980-ci ildə inkişaf etmiş ölkələrdə feminist islahatları tətbiq olunandan sonra araşdırılmağa başlanıb.

2011-ci ildə ABŞ-da aparılan bir araşdırma, bu sahə üzrə aparılmış ən böyük tədqiqat sayılır. Belə ki, araşdırma çərçivəsində 20-ci əsrdə çap olunan 5600 uşaq kitabı tədqiq olunmuşdu. Müəyyən olunub ki, kişilərin adı qadınlardan iki dəfə daha çox çəkilib və əsas rol kimi isə 1.6 dəfə daha çox təqdim olunublar.

Problem ilk dəfə ortaya çıxdıqdan sonra, cinsi ayrımda azalma qeydə alınıb - amma bu, "çox ləng" gedir, ekspertlər iddia edir.

1962-ci ildə ABŞ-da istifadə edilmiş dərslik- çox dəyişiklik olmayıb, ekspertlər deyirlər

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, 1962-ci ildə ABŞ-da istifadə edilmiş dərslik- çox dəyişiklik olmayıb, ekspertlər deyirlər

Bəzi dərsliklər 1980-ci ildən sonra dəyişdirilsə də, bəziləri hələ də istifadə edilir. Xüsusilə də, kitabları dəyişməyə maddi gücü yetməyən kasıb ölkələrin məktəblərində.

"Vəziyyət ilbəil daha da pisləşir, çünki dünya dayanmadan inkişaf edir - qadınlar yeni ixtisaslara yiyələnirlər və evdəki rollar da dəyişir," professor Blumberg deyir.

"Və kitablar eyni sürətlə təkmilləşdirilmədiyinə görə, aradakı boşluq böyüyür."

"Əgər yadplanetlilər bizə qonaq gəlsə, dərsliklərə baxaraq qadınların vəzifə və şəxsi baxımdan nə ilə məşğul olduqlarını anlaya bilməzlər."

Qazaxıstan və Türkiyədə dərsliklər

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Qazaxıstan (sol) və Türkiyədə (sağ) dərsliklər

Ümumbəşəri narahatlıq

Araşdırmalar həm də problemin demək olar ki, ümumbəşəri narahatlıq olduğunu göstərib. Tezlik və intensivlik fərqləri ilə cinsiyyətçilik, istər varlı, istərsə də kasıb ölkələrin dərsliklərində geniş yayılıb.

Məlumatlar pərakəndə olsa da, ötən on il ərzində dərc edilən araşdırmalardan misallar bunu sübut edir.

Hindistanda üçüncü sinif şagirdlərinin tarix kitabında, misal üçün, qadınlara heç karyera haqqı tanınmayıb.

Qız uşaqları həyatı bu kitablardan gördüyündən belə stereotiplər onlar üçün normala çevrilir

Şəklin mənbəyi, MOHAMMED HUWAIS / AFP

Şəklin alt yazısı, Qız uşaqları həyatı bu kitablardan gördüyündən belə stereotiplər onlar üçün normala çevrilir

Keniyada tədris edilən ingilis dili kitabında kişilər tez-tez "maraqlı ideya" sahibi, qadınlar və qızlar isə yemək bişirən və ya gəlincik saçı hörən şəkildə təsvir olunublar.

İran Təhsil Nazirliyi tərəfindən çap edilən kitablarda obrazların 80%-ni kişilər təşkil edir. Hindistanın nəşr etdiyi kitablardakı şəkillərin 6%-i qadınlardan ibarətdir. Gürcüstanda isə göstərici 7%-dir.

2007-ci ildə aparılan müqayisəli araşdırmada Kamerun, Fil Dişi Sahili, Toqo və Tunisdəki riyaziyyat kitablarındakı qadın və kişi xarakterlərin nisbəti 30% olub.

Birləşmiş Krallıq və Çinə edilən sorğu göstərib ki, obrazların 87%-i kişilərdir.

Keniya dərsliyi

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Keniya dərsliyində cinsə görə vəzifə bölgüsü

Avstraliyada 2009-cu ildə aparılan tədqiqatda müəyyən edilib ki, dərsliklərdəki obrazların 57%-i kişilərdən ibarətdir. Halbuki, ölkədə qadınların sayı üstünlük təşkil edir.

"Adama elə gəlir ki, varlı ölkələrdə vəziyyət daha qənaətbəxş olmalıdır. Amma Avstraliyada idarəetmə rollarında kişilər iki dəfə və siyasət və dövlət işlərində dörd dəfə daha artıq təsvir edilib," professor Jere deyir.

"Çin kitablarında isə vəziyyət daha acınacaqlıdır. Belə ki, 1949-cu il Kommunist İnqilabında yalnız bir qadın qəhrəmandan bəhs edilir," professor Blumberg deyir.

"Və o qadın qanunvericilik uğrunda və ya Mao ilə çiyin-çiyinə mübarizə aparan biri kimi yox, yağış altında keşik çəkən gözətçiyə çətir verən yerdə təsvir olunub."

Təsiredici təhsil yardımı

Problemin bir hissəsi budur ki, mütəxəssislər vurğulayırlar, məktəblilərin gözündə cəmiyyətdəki normaları kitablar müəyyənləşdirir.

Onlar ölkənin tədris proqramının təşkil etdiyinə görə oxucular, təhsilin bu vasitəsinin qurbanlarıdır. Bu, çox güclü vasitədir.

Dərsliklər bir çox ölkələdə əhəmiyyətli hesab edilir

Şəklin mənbəyi, ARIF ALI / AFP

Şəklin alt yazısı, Dərsliklər bir çox ölkələdə əhəmiyyətli hesab edilir

Araşdırmalar göstərir ki, bir şagird ibtidai sinifdən yuxarı siniflərə qədər təxminən 32.000 səhifə oxuyur. Sinif tapşırıqlarının 75 və ev tapşırıqlarının 90%-i kitablardan götürülür. Müəllimin tədris planının əsas hissəsi də kitablar əsasında müəyyənləşir.

Baxmayaraq ki, internet və digər rəqəmsal mənbələr tədris kitablarının əhəmiyyətini dəyişdirir, "kasıb ölkələrdə kitablar hələ də əsas yeri tutur," Aaron Benavot deyir.

Nigeriyada ingilis dili kitabında stereotiplər

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Nigeriyada ingilis dili kitabında stereotiplər

"Dərsliklər qız və oğlanların öhdəliklərini məhdud şəkildə təsvir edərsə, uşaqlar da onun əsasında inkişaf edəcəklər," professor Jere deyir.

Bu kitabların uşaqlara təsiri akademik araşdırma əsasında artıq üzə çıxıb.

Məsələn, birinci siniflər üzrə İsraildə aparılan bir araşdırmada müəyyənləşib ki, kişi və qadınların bərabər təsvir olunduğu kitabları oxuyan şagirdlər əksər ixtisasları həm qızlar, həm də oğlanlar üçün uyğun sayıblar. Gender bərabərsizliyi ilə dolu dərslikləri oxuyan uşaqlar isə stereotipləri məqbul hesab ediblər.

Cinsi neytrallıq stereotiplərlə vəziyyəti düzəldir, araşdırmalar göstərir

Şəklin mənbəyi, ADAM BERRY / GETTY IMAGES

Şəklin alt yazısı, Cinsi neytrallıq stereotiplərlə vəziyyəti düzəldir, araşdırmalar göstərir

Həmçinin, dərsliklərdə qadın alimlərin sayının azlığı, TTMR ixtisaslarını - təbiətşünaslıq, texnologiya, mühəndislik və riyaziyyat - seçən qadınların da sayının azlığına təsir göstərir.

Tərəqqinin əlamətləri

Bununla belə, ötən onillik ərzində müəyyən inkişaf da gedib.

Unesco-nun QTM məruzəsi göstərir ki, dünya üzrə dərsliklərdə gender bərabərsizliyi ilə bağlı mövzuya artıq daha çox yer verilir. Qadın haqları və cinsi ayrı-seçkiliyə daha çox Avropa, Şimali Amerika və Afrikanın Böyük Səhradan cənubda yerləşən ölkələrində yer ayrılır.

Bəzi ölkələr isə dəyişikliyə başçılıq edir. Cinslərə qarşı ümumi münasibətinə görə ilk sırada İsveçrə gəlir.

Çində yenilənmiş bir dərslikdə kişilər və qadınlar iqtisadiyyat barədə danışırlar

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Çində yenilənmiş bir dərslikdə kişilər və qadınlar iqtisadiyyat barədə danışırlar

Milli tədris proqramındakı bəzi kitablar gender-neytral obrazlar və əvəzliklərlə zənginləşdirilib. Eləcə də, gündəlik həyat cinslər arasında bərabər bölüşdürülür.

"Əgər İsveçrə kitabında önlük geyinmiş qazan qarışdıran bir obrazdan söhbət gedirsə, o çox vaxt kişi olur," professor Blumberg deyir.

Honkonqda aparılan bir araşdırma göstərib ki, ingilis dili tədrisi dərsliklərində kişi və qadın obrazlar bərabər təqdim olunur.

Banqladeşə aid bir kitabda qadınlar futbol oynayır, Hindistana dair bir kitabda isə kişilər də yemək bişirən yerdə göstərilir

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Banqladeşə aid bir kitabda qadınlar futbol oynayır, Hindistana dair bir kitabda isə kişilər də yemək bişirən yerdə göstərilir

İordaniya, Fələstin, Vyetnam, Hindistan, Pakistan, Kosta Rika, Argentina və Çində də tərəqqi müşahidə edilib.

Fəqət milli səviyyədə kitabları ətraflı nəzərdən keçirmək vaxt aparan və bahalı prosesdir. Ona görə bir çox ölkələrdə bu ixtisara düşür.

"Bəzi dəyişikliklər isə səthidir və hökumətlərin bunu tam həyata keçirmək istəyinə də arxayın olmaq olmaz," cənab Benavot deyir.

Bu səbəbdən də ekspertlər, sinif otaqlarında balansı təmin etmək üçün alternativ üsullar təklif edirlər.

Vyetnama dair bir kitab əvvəl və sonra

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Vyetnama dair bir kitab yenilənmədən əvvəl və sonra

Hindistan və Malavidə artıq cəhdlər edilib: şagirdlərə cinsiyyəti müəyyənləşdirmək kimi tapşırıqlar verilib və qrup müzakirələrində stereotiplərlə bağlı suallar təqdim olunub.

"Diqqət cəlb etməklə problemi həll etmək mümkündür və şagirdlər bir növ 'detektiv işini də' bəyənirlər," professor Blumberg deyir.

"Amma ilk öncə müəllimləri təlimatlandırmalıyıq və daha yaxşı təhsil üçün əvvəl-axır kitabları yenidən yazmalıyıq."

Vyetnama dair bir kitab yenilənmədən əvvəl və sonra

Şəklin mənbəyi, UNESCO / GEM REPORT

Şəklin alt yazısı, Vyetnama dair bir kitab yenilənmədən əvvəl və sonra