Navalnı niyə Putinin ən böyük rəqibi idi? - Xronoloji təqvim

Rusiya, siyasət, Aleksey Navalnı, Putin

Şəklin mənbəyi, Reuters

Rusiya müxalifətinin lideri, Putinin sərt tənqidçisi sayılan Aleksey Navalnı fevralın 16-da saxlandığı həbsxanada ölüb, bu barədə Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə İdarəsi öz saytında məlumat yayıb.

O Rusiya lideri Vladimir Putinin ən qatı rəqibi idi. BBC onun müxalifliyinin tarixinə nəzər salır:

2007 – Sosial mediadan məqsədli şəkildə bloq kimi istifadə edən Aleksey Navalnı Rusiyanın dövlət neft şirkətlərinə qoyduğu investisiyaları sənədləşdirərək, korrupsiya faktlarını üzə çıxarmaqla məşhurluq qazandı.

Qısa müddət sonra, “millətçi fəaliyyətlərdə” iştirak etdiyi əsas gətirilərək, azad müxalifət partiya hesab edilən Yabloko-dan uzaqlaşdırıldı.

Dekabr 2011 – Alekseyin Anti-Korrupsiya fondu Kremldə təmsil olunan varlı təbəqənin sərvətini üzə çıxarmaqla xeyli sayda izləyici topladı. Həmin ilin sonuna yaxın o, Putinin Vahid Rusiya partiyasının saxtalaşdırılmış seçki nəticəsində qələbə qazanmasından sonra başlayan etirazların əsas liderinə çevrildi.

İyul 2013 – Navalnı Rusiya hökumətinin irəli sürdüyü 500 min dollarlıq maliyyə fırıldağı ittihamı ilə həbs edildi. O, bu ittihamları rədd edirdi.

Sentyabr 2013 – Mokvanın meri olmaq uğrunda keçirilən seçki marafonunda Navalnı Kremlin dəstəklədiyi Sergey Sobyanindən sonra topladığı səs faizi ilə ikinci olur.

Dekabr 2018 – Beş il sonra prezident seçkilərinə qatılmağa çalışan Navalnının siyasətdə mövcudluğu Putinin Rusiyada yaratdığı idealları dağıtmağa davam edir. Buna baxmayaraq, Putin Navalnı barədə maliyyə fırıldaqlığı ittihamını əsas gətirərək, onun namizədliyinə əngəl yaradır. Navalnının Rusiya xalqını seçkiləri boykot etmə çağırışına baxmayaraq, Putin seçkilərdə 4-cü müddətə qalib gəlir.

Avqust 2020 – Navalnı uçuş zamanı huşunu itirərək tibbi səbəblərdən komaya düşdüyü üçün Sibirdə xəstəxanaya yerləşdirilir. Tibbi müayinələr zamanı məlum olur ki, o, Sovet dövründə istifadə edilən və sinir sistemini zədələyən Noviçok maddəsi ilə zəhərləndirilib. Kreml Navalnının zəhərlənməsi ilə bağlı ona qarşı sürülən ittihamları rədd edir.

Yanvar 2021 – Moskvaya qayıdan Navalnı hava limanında saxlanılır. Rusiyanın hər yerində minlərlə insan onun azadlığa buraxılması üçün nümayişlər keçirirlər.

Fevral 2021 – Almaniyada müalicə alaraq sağalan Aleksey şərti cəzanın qaydalarını pozduğuna görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilir və cəzaçəkmə müəssisəsinə göndərilir.

Avqust 2023 – Məhkəməyə hörmətsizlik və maliyyə fırıldaqlığı üzrə yeni ittihamlar irəli sürülərək Navalnının həbs müddəti 9 ilə qaldırılır. İttiham aktına əlavə edilən ektremizm maddəsi ilə barəsində 19 il “xüsusi rejimdə” cəza çəkmə hökmü verilir.

Dekabr 2023 – İki həftə itkin düşdükdən sonra, müxalifət lideri Şimali Arktikada yerləşən cəzaçəkmə müəssisəsinə köçürülür.

Fevral 2024 – Aleksey Navalnı həbsxanada ölür.