Bakıda polis tələbələrin aksiyasına müdaxilə edib

aksiya

Bakıda tələbələrin aksiyasına polis müdaxilə edib, Ermənistanın Baş naziri Covid-19-a qarşı peyvənd olunub, Çindən Ermənistana peyvənd ianəsi, Azərbaycanda daha bir vaksinin istifadəsinə başlanıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube-da izləyin.

"Tələbə Güc Mərkəzi" təşkilatının üzvləri bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin binası qarşısında universitetin tələbələrinə dəstək məqsədi ilə etiraz aksiyası keçirməyə cəhd ediblər.

Aksiya zamanı təşkilatın 4 üzvü və daha bir tələbə polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, aksiyada saxlanan olmayıb,pandemiyaya görə toplantılar qadağan olduğu üçün etirazçılar ərazidən uzaqlaşdırılıb.

Tələbə hüquqların qorunması ilə məşğul olduğunu bildirən təşkilat açıqlayıb ki, onlarla tələbə semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş edilməsini və tələbələrin tam şəkildə test sualları və cavabları ilə təmin edilməsini tələb edirlər.

Bundan başqa təşkilat tələbələrin universitet rəhbərliyinin qərarlarına etiraz etdikləri üçün töhmət verildiyini və onların təhdid edildiyini iddia edir.

Azərbaycan İqtisad Universiteti bu iddiaları təkzib edir. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova BBC News Azərbaycancaya deyib ki, ötən il pandemiyaya görə distant təhsildə ixtisas fənlərinin semester imtahanlarının sualları və cavabları tələbələrə verilib.

Lakin indi əzbərçilik hallarının aradan qaldırılması üçün təkcə ixtisas fənlərinin sualları məxfi saxlanır.

Nikol Paşinyan vansinasiya

Şəklin mənbəyi, Ermənistan İctimai Radiosu

Nikol Paşinyan vaksinasiya olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Hakobyan bazar ertəsi günü Covid-19-a qarşı vaksinasiya olunublar.

Bu barədə Nikol Paşinyan öz Facebook hesabından video paylaşıb.

"Bu gün Anna ilə birlikdə koronavirus əleyhinə peyvənd etdik. Vətəndaşlarımızı aktiv şəkildə poliklinikalara müraciət etməyə və peyvəndlənməyə çağırırıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, aparıcı ölkələrin 2021-ci ilin ikinci yarısında vətəndaşlara məhdudiyyət qoyması ehtimalı yüksəkdir", - Paşinyan yazıb.

Ermənistan Səhiyyə Nazirliyi

Şəklin mənbəyi, Ermənistan Səhiyyə Nazirliyi

Vaksin ianəsi

Çin Ermənistana 100 min doza CoronaVac peyvəndi ianə edib.

Ermənistanın Səhiyyə Nazirliyi vaksinlərin şənbə günü ölkəyə gətirildiyini bildirib.

Ölkədə indiyədək 3 min nəfərin vaksin edildiyi bildirilir.

Ermənistanda ümumilikdə 200 mindən çox şəxs Covid-19 virusuna yoluxub, onlardan 4 mindən çoxu vəfat edib.

AstraZeneca

Şəklin mənbəyi, Reuters

AstraZeneca Azərbaycanda

Bu gündən Azərbaycanda AstraZeneca peyvəndinin tətbiqinə başlanılır.

Səhiyyə Nazirliyi açıqlayıb ki, mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən də istifadə edə biləcəklər.

"AstraZeneca" şirkətinin istehsal etdiyi bu vaksin Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.

""COVAX" platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria" peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir", - Səhiyyə Nazirliyi açıqlayıb.

Azərbaycanda keçirilən vaksinasiya kampaniyası çərçivəsində peyvənd olunanların ümumi sayı 1,5 milyon nəfəri ötüb.