Azərbaycanda hökumətə “Rusiya TV-lərinə girişi bağla” çağırışları

  • İlkin Həsənov
  • BBC News Azərbaycanca, Bakı
Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa YouTube-dan izləyin.

Kremlin əsas təbliğatçılarından biri Vladimir Solovyov Azərbaycanın separatçı Qarabağ bölgəsinin xarici işlər nazirini öz tele-şousuna dəvət etməsindən sonra Azərbaycanda hökumətə Rusiya dövlət televiziyasına girişin bağlanması ilə bağlı çağırışlar səslənir.

Separatçı Qarabağ rəsmisi Solovyov Live şousuna iyunun 28-də çıxıb və bundan sonra Solovyov Azərbaycandan üzr istəyib.

"Başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Mən şəxsən bu prioritetlə tam razıyam. Dünən səhər proqramımda baş verənlər Bakı tərəfindən qəbuledilməz kimi qiymətləndirilib. Buna görə şəxsən Azərbaycandan üzr istəyirəm. Bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlar yaşayırıq, səhvlər olur", - Vladimir Solovyov axşam efirə gedən siyasi tok-şousunda deyib.

İyunun 28-də Solovyovun David Babayanla müsahibəsi Azərbaycanın iqtidaryönlü mediasında böyük əks-sədaya səbəb olub, bəzi saytlardan biri Rusiyanın dövlət televiziyasının Azərbaycanda yayımının qadağan olunmasını təklif edib.

Azərbaycanın iqtidaryönlü mediası Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişində göstərilən informasiya təhlükəsizliyi ilə bağlı bəndi xatırladaraq Rusiya mediasındakı materialları separatizm təbliğatı kimi qiymətləndirib və əməkdaşlığı şübhə altına alıb.

Solovyov deyib ki, balansı saxlamaq üçün Azərbaycan nümayəndəsini dəvət etməli idi. Lakin Azərbaycan mediası üzrxahlığı qəbul etməyib və Dağlıq Qarabağın Azərbaycan-Ermənistan münaqişəsinin tərəfi olmadığını yazıb.

Hələlik hadisələrə Bakıdan heç bir rəsmi reaksiya verilməyib.

Solovyovun Azərbaycandan üzr istəməsinə sosial mediada reaksiyalar:

Polşalı şərhçi Mateusz Sobieraj deyib:"Solovyovun zibilxanası Azərbaycanla bağlı təhqiredici nəsə donquldanıb və o canlı yayımda bütün ölkədən üzr istəməli olub".

Tanınmamış Dağlıq Qarabağdakı Artsakh TV-nin aparıcısı Anuş Ghavalyan öz tvitterində yazıb:"Solovyov jurnalist kimi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində öz etibarını itirib".

ADA Univerisetinin rektor müavini Fariz İsmayılzadə öz tvitterində yazıb:"Bütün hallarda onu [Solovyovu] bir heç hesab edirəm"

ABŞ Dövlət Departamenti bu ilin martında Vladimir Solovyovu "Kreml təbliğatının siması" adlandırıb.

Dövlət Departamentinin məlumatına görə, Sovolyov 2010-cu ildən dövlətə məxsus Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin radio və televiziya aparıcısı kimi Kremlə xidmət edir.

2021-ci ilin Nobel Sülh Mükafatı laureatı Dmitri Muratovun rəhbərlik etdiyi Rusiyanın müstəqil "Novaya qazeta" qəzeti Solovyovun əsas iş üsullarını "nifrət nitqi, hucum, şəxsi təhqir və təhdid" kimi təsvir edib.

Böyük Britaniya və Avropa İttifaqı Solovyova Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhdid yaratdığı üçün sanksiya tətbiq edib.

Vladimir Putin və Vladimir Solovyov

Şəklin mənbəyi, Getty Images