Rusiyada kütləvi hücumlar nə qədər geniş yayılıb?

Moskvada Müslüm Maqomayev adına konsert zalına hücum olub

Şəklin mənbəyi, OLGA MALTSEVA/AFP

Ən azı 133 nəfərin öldüyü Moskvada "Crocus City Hall" hücumu 2004-cü ildə Beslan məktəbi mühasirəyə alındıqdan sonra Rusiyada ən qanlı hücumdur.

Həmin vaxt böyük əksəriyyəti uşaqlar olmaqla, çeçen separatçıları 1000-dən çox insanı girov götürmüşdü və 186-sı uşaq olmaqla 330-dan çox insan ölmüşdü.

Cümə günü axşam baş verən hücum, 2002-ci ildə Moskvadakı teatr mühasirəsini xatırladıb. O zaman 40 çeçen yaraqlı NordOst adlı musiqili tamaşa zamanı 900-dən çox insanı girov götürmüşdü.

Rusiya təhlükəsizlik xidməti əməkdaşları teatra basqın edərək zala yuxu qazı buraxmış, 130-a yaxın girov həlak olmuşdu.

Rusiyanın ilhaq etdiyi Krımın Kerç şəhərindəki texniki kollecdə 2018-ci ildə 18 yaşlı tələbənin özünü öldürməzdən əvvəl 20 nəfəri öldürməsi kimi Rusiyanın ən yeni tarixində başqa kütləvi hücumlar da olub.

2021-ci ildə Rusiyanın Kazan şəhərində məktəbdə baş verən hücumda 7 uşaq və iki böyük şəxsin öldürülməsindən sonra 19 yaşlı gənc saxlanılıb.

Həmçinin, 2022-ci ildə Rusiyanın mərkəzində İjevskdə məktəbdə keçmiş şagird olan silahlı şəxs atəş açaraq 11 uşaq daxil olmaqla, ən azı 17 nəfəri öldürmüş və hadisə yerində intihar etmişdi.